Ölkə

Salyanda ağır qəza – Xəsarət alanlar var


Salyan rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ xəbər verir ki, hadisə səhər saatlarında Noxudlu kəndində qeydə alınıb. Qəza zamanı yük və minik avtomobili toqquşub. Hadisə nəticəsində Daşqın Zalıyev ölüb. Xəsarət alan iki nəfər – Şükran Həsənəliyev və Alik Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər yol qəzası isə Ələt – Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində baş verib. Avtomobilin aşması zamanı xəsarət alan Gülnar Babayeva və Səkinəxanım Babayeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button