Ölkə
“Şamaxı” futbolçusu ilə yollarını ayırdı

“Şamaxı” klubu Murad Vəliyevlə yollarını ayırıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə şərtlərinə əsasən tərəflər arasında razılaşma Premyer Liqa təmsilçisinin istəyinə görə uzadılmayıb.
Klub Murada göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Şamaxı” daha əvvəl Brahim Konate, Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik və Fəxri Məmmədli ilə yollarını ayırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.