Ölkə

Tanınmış azərbaycanlı aktrisa insult keçirdi


Moskvada yaşayan azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə məlumatı prodüser Səbuhi Məmmədov şəxsi “Facebook” hesabında paylaşıb.


Onun sözlərinə görə, 75 yaşlı Xələfovanın vəziyyəti hazırda stabildir və müalicə prosesində müsbət dinamika müşahidə olunur. Aktrisanın yaxınlarının sözlərinə görə, o, səhhəti ilə əlaqədar bir müddət sənət fəaliyyətindən uzaq qalacaq.

Hazırda aktrisanın yanında ailə üzvləri və yaxın dostları var. Ona əsasən qızı — Elnarə Vəzirova qayğı göstərir.

Qeyd edək ki, Larisa Xələfova “İstintaq davam edir”, “Təhminə”, “Sən həmişə mənimləsən”, “De ki, məni sevirsən!”, “Kənar adamlar”, “Şir evdən getdi”, “Hədiyyə” və bir sıra digər ekran əsərlərində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button