Ölkə

Tanınmış dilçi alim vəfat etdi


Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb.


Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olub. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində alıb, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olub, 1967-ci ildə təhsilini başa vurub.

1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nin Naxçıvan filialına müəllim keçib. Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olub, “Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası” mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” və Naxçıvan Müəllimlər İnstitutunun “Dillər və ədəbiyyat” kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button