Dünya

Tramp Rusiya və Ukraynanı hədələdi

Tərəflərdən biri danışıqlarda təxribat həyata keçirərsə, Vaşinqton danışıqlardan geri çəkiləcək.

AZERFAX.AZ xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O bildirib ki, ABŞ Ukrayna ilə bağlı razılaşmanın əldə olunması üçün konkret vaxt təyin etməyib, lakin məsələnin tezliklə həllini istəyir. ABŞ lideri, həmçinin Ukrayna münaqişəsinin həlli istiqamətində səylər uğursuz olarsa, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandıracağı ehtimalını da istisna etməyib.
Tramp, “Əgər hansısa səbəbə görə tərəflər buna mane olarsa, biz sadəcə “siz axmaqsınız, dəhşətli insanlarsınız” deyəcəyik və mövzudan əl çəkəcəyik. Amma ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağıq”, – deyə bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button