Türkiyə etibarlı tərəfdaşdır – Putin

Kreml Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının toplantısı çərçivəsində bir araya gələn Prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan görüşü barədə açıqlama yayıb.
AZERFAX.AZ xəbər verir ki, açıqlamada deyilir ki, Putin Türkiyəni həm ikitərəfli əlaqələrdə, həm də beynəlxalq arenada etibarlı tərəfdaş hesab edir. Məlumata görə, Putin görüş zamanı Ərdoğanla konstruktiv və qarşılıqlı hörmətə əsaslanan şəxsi təmaslarını yüksək qiymətləndirib. Putin bildirib ki, bu, mehriban qonşuluq prinsiplərinə və Rusiya-Türkiyə münasibətlərinin ənənəvi dostluq prinsiplərinə uyğundur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.