Ölkə

​Türkiyə olmadan münaqişələrin sülh yolu ilə həlli mümkün deyil


Türkiyənin iştirakı olmadan münaqişələrin sülh yolu ilə həlli mümkün deyil.

AZERFAX.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.


“Bu gün həm dostlarımız, həm də düşmənlərimiz reallığı qəbul edir: danışıqlar masasında güclü Türkiyə var. Onlar bunu qəbul etməlidirlər. Suriyadan Qəzzaya, Fars körfəzindən Rusiya və Ukrayna münaqişəsinə qədər – Türkiyə olmadan heç yerdə vəziyyəti tarazlığa gətirmək mümkün deyil”.

O qeyd edib ki, Türkiyəyə etimad Yaxın Şərqdə və bütün dünyada artır. Ərdoğan vurğulayıb ki, Türkiyə xarici siyasət, demokratiya, müdafiə sənayesi və iqtisadiyyat sahəsində qətiyyətli addımlar sayəsində qlobal gücə çevrilir:

“Əvvəllər bəziləri deyirdi ki, Türkiyə Qərb alyansından uzaqlaşır. Onlar deyirdilər ki, Türkiyə oyundan çıxarılır. Bütün bu iddialar nəticədə darmadağın edilib”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button