Ölkə

Türkiyədə fabrikdə yanğın baş verdi


Türkiyənin Denizli vilayətinin Çardak rayonunda filtr sistemləri istehsal edən fabrikin anbar hissəsində yanğın baş verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qısa müddətdə geniş əraziyə yayılan yanğın nəticəsində fabrikin böyük hissəsi alovlanıb. Hadisə zamanı müəssisənin boş olduğu bildirilib. Əraziyə çox sayda yanğınsöndürən briqada cəlb olunub və alovun ətraf sahələrə keçməsinin qarşısı alınıb.


Yanğın nəticəsində fabrikin əsas hissəsi yararsız vəziyyətə düşüb. Hazırda yanğının tam söndürülməsi və nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button