Voleybolçuların Yüksək Liqasında final oyunlarının tarixi açıqlandı

Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və final oyunlarının tarixləri bəlli olub.
AZERFAX.AZ xəbər verir ki, bürünc medal uğrunda matçlar və final qarşılaşmaları 19, 20, 21, 22, 24, 25 apreldə keçiriləcək.
Qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları, finalda isə “Azərreyl” və “Abşeron” üz-üzə gələcək.
Kişi voleybolçuların mübarizəsində isə üçüncü yer uğrunda “Neftçi” ilə “Xilasedici”, finalda isə “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq.
Üçüncü yer və final qarşılaşmalarında qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarsa, (xallar da bərabər olarsa) “Qızıl set” oynanılacaq.
Aprelin 24-ü və 25-də final görüşlərindən dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma mərasimi baş tutacaq.
Yüksək Liqa
Üçüncü yer uğrunda oyun
19 aprel
Qadınlar (birinci oyun)
15:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
Üçüncü yer uğrunda oyun
20 aprel
Qadınlar (ikinci oyun)
15:00. “Milli Aviasiya Akademiyası” – “Gəncə”
Kişilər (birinci oyun)
17:00. “Neftçi” – “Xilasedici”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
Final
21 aprel
Qadınlar (birinci oyun)
15:00. “Azərreyl” – “Abşeron”
Üçüncü yer uğrunda oyun
Kişilər (ikinci oyun)
17:00. “Xilasedici” – “Neftçi”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
Final
22 aprel
Kişilər (birinci oyun)
15:00. “Azərreyl” – “Murov Az Terminal”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
Final
24 aprel
Qadınlar (ikinci oyun)
15:00. “Azərreyl” – “Abşeron”
Milli Gimnastika Arenası
Final
25 aprel
Kişilər (ikinci oyun)
15:00. “Murov Az Terminal” – “Azərreyl”
Milli Gimnastika Arenası
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.