Xidmətin hərbi qulluqçularına medallar təqdim edildi

AZERFAX.AZ xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən polkovnik Babayev Azər Ələddin oğlu və polkovnik Qasımov Elnur Əhməd oğlu “Vətən uğrunda”, həmçinin mayor Qayqiyev Şamil Mahama oğlu isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov ölkə başçısına Xidmətin şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Sonra təltif edilən hərbi qulluqçulara medallarını təntənəli şəkildə təqdim edərək onları bir daha təbrik edib və xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, adları qeyd olunan hərbi qulluqçular xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə medala layiq görülüblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.