Hadisə

Bakıda musiqiçi faciəvi şəkildə öldü


Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub.

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Yaxınları bildiriblər ki, hadisədən əvvəl Mais Cəfərovun maşınında nasazlıq yaranıb. Hadisə o, maşını saxlayıb düşən zaman baş verib. Avtomobil isə dərəyə aşıb.

Dünyasını dəyişən 45 yaşlı musiqiçi Mais Cəfərov Ağcabədidə torpağa tapşırılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Ətraflı süjetdə:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button