HadisəRegion

Daşkəsəndə yanğın zamanı ev quşları ölüb.

Daşkəsəndə yanğın zamanı ev quşları ölüb.

Daşkəsəndə ev quşları yanğın nəticəsində tələf olub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Quşçu kəndində baş verib. Kənd sakini Tağı Orucova məxsus yarım tikilidə başlayan yanğın zamanı 250 cücə tələf olub.Hadisə yerinə Daşkəsən rayon Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən avtomobili və 20-ə yaxın canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb.

Hadisənin elektrik naqillərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button