Hadisə

Gəncədə əri tərəfindən bıçaqlanan qadından xəbər var.

Gəncədə yaşlı həyat yoldaşı tərəfindən bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Esmira Məhərrəmovanının sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə 07.12.2025-ci il tarixində saat 18:00 radələrində 1993-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir” deyə xastəxanadan bildirilib.

Məlumat üçün bildirək ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 32 yaşlı E. Məhərrəmovanı bıçaqlayaraq hadisəni törətməkdə şübhəli bilinən 1990-cı il təvəllüdlü  Məhəmməd Məhərrəmov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button