Hadisə

Gəncədə 65 yaşlı kişi xəstəxanalıq oldu.

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzə yaxın küçələrindən birində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada , 1960-cı il təvəllüdlü N. İskəndərovu  vurub. 65 yaşlı şəxs yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button