HadisəRegion

Gəncədə qaz balonu partladı.

Gəncədə evdə qaz balonu partlayıb, ana və bala xəsarət alıblar. AZERFAX.az- ın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. Belə ki, 1966-cı il təvəllüdlü A.Ələkbərova və onun övladı 1995-ci il təvəllüdlü A.Ələkbərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki xəstəyə ilkin tibbi yardım göstərilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Back to top button