Hadisə

Gəncədə qudalar arasında qanlı dava baş verib.

Gəncədə qohumlar arasında baş verən kütləvi dava qanla nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. Ailə münaqişəsi zəminində qudalar arasında baş verən hadisə zamanı Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Əli Alişanov bıçaq xəsarəti alıb. Onun həyat yoldaşı Aynur Alişanova və 2005-ci il təvəllüdlü oğlu Alim Alişanov isə balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdiriliblər. 45 yaşlı Əli Alişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib. 

Dava zamanı qarşı tərəfdən isə 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu, 1999-cu il təvəllüdlü Elşən Sadıqov xəsarət alıb. Onların bədən nahiyyələrində kəsici deşici yaralar olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button