Hadisə

Goranboyda motorollerlə VAZ toqquşdu – xəsarət var.

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal İsgəndərov idarə etdiyi motorollerlə Goranboy şəhər sakini, 1985-ci il təvəllüdlü Zahid Hüseynovun idarə etdiyi “VAZ – 2104″ markalı avtomobillə toqquşub. Nəticədə motorollerin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button