Hadisə

Goranboyda “VAZ” aşdı, q nəfər xəstəxanalıq oldu.

Goranboyda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. AZERFAX.az-ın yerli bürosunun məlumata görə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində “VAZ “markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə maşın yolun kənarına aşıb. Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriıib. Ona olkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma apararılır.

AZERFAX Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Back to top button