Dünya

Keçmiş Prezident hava limanında saxlanıldı

Filippinin sabiq prezidenti, 2016-2022-ci illərdə ölkəyə rəhbərlik etmiş Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında martın 11-də Manila hava limanında saxlanılıb.

AZERFAX.AZ axar.az-a istinadən bildirir ki, bu barədə Filippin hakimiyyətinin bəyanatında deyilir.

Bildirilir ki, polis Duterteni narkotiklərlə mübarizə zamanı insanlığa qarşı törətdiyi cinayətləri araşdıran BCM-nin orderi əsasında nəzarətə götürüb. 79 yaşlı Rodriqo Dutertenin səhhətinin yaxşı olduğu vurğulanıb.

Qeyd edək ki, Dutertenin həbsindən sonra harada saxlandığı və ya BCM-ə təhvil verilməsi üçün nə vaxt Avropaya aparılacağı hələlik bəlli deyil.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button