Dünya

ABŞ-də kibercinayətlərlə bağlı şikayətlərin sayı 1 milyonu ötüb

ABŞ-də kibercinayətlərlə bağlı daxil olan illik şikayətlərin sayı bir milyondan çox olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton CNN-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə FTB-yə təxminən 800 min kiberinsident barədə məlumat daxil olub. Son göstəricilərə əsasən, bu rəqəm bir milyonu ötüb.

Kleyton kibertəhdidlərin real təhlükə olduğunu vurğulamaqla yanaşı, ABŞ-ın kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button