Ölkə

Prezidentin təltif etdiyi Asif Əsgərov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin deputatı Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib.

AZERFAX.AZ xəbər verir ki, Asif Yunis oğlu Əsgərov 1966-cı il noyabrın 23-də Naxçıvan şəhərində anadan olub. Bu gün onun 60 yaşı tamam olur.

Asif Əsgərov 1989-cu ildə S. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Dövlət İdarəçilik Akademiyasını bitirib. İxtisası müəllim-məşqçi və dövlət və bələdiyyə idarəetməsidir.

O, 2000–2006-cı illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm nazirinin müavini vəzifəsində çalışıb.

Asif Əsgərov 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 2009–2015-ci illərdə Səbail Rayon İcra Hakimiyyətinə rəhbərlik edib.

2015-ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Asif Əsgərov bu vəzifədə 2024-cü ilədək çalışıb.

O, 2024-cü il sentyabrın 23-də keçirilən parlament seçkilərində VII çağırış Milli Məclisin deputatı seçilib. Asif Əsgərov 112 saylı Zaqatala seçki dairəsini təmsil edir.

Asif Əsgərov pedaqoji elmlər namizədidir. 2008-ci ildə elmi dərəcə alıb, 2013-cü ildə dosent, 2015-ci ildə professor elmi adına layiq görülüb.

Ailəlidir, iki övladı var.

Related Articles

Bir cavab yazın

Back to top button