Ölkə
Xaçmazdakı qəzada bir ailənin 7 üzvü xəsarət aldı


Xaçmaz-Quba avtomobil yolunda iki maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Armudpadar kəndi ərazisində qeydə alınıb.
“QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099”da olan sürücü və 6 sərnişin yaralanıb. Onların Xaçmaz rayonunun Əbilyataq kəndindən olan bir ailənin üzvləri – ata, ana və dörd qız övladı olduğu bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.



