Ölkə

“Barselona” geridönüş edərək qələbə qazandı

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Barselona” İspaniya La Liqasının XIII turunda “Vilyarreal”ı qəbul edib.

AZERFAX.AZ xəbər verir ki, katalonlar ilk hissəni 0:2 hesabı ilə geridə başa vursalar da, ikinci yarıda üç qol vuraraq 3:2 hesablı qələbə qazanıblar.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də başlayacaq.

Related Articles

Bir cavab yazın

Back to top button