Ölkə
SEPAH İranın hava məkanına daxil olan PUA-nı vurub


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin hava məkanına daxil olan kəşfiyyat pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatını “Tasnim” agentliyi yayıb.
Bildirilib ki, PUA Fars körfəzinin şimalında, Buşehr əyalətinin sahilləri yaxınlığında yeni hava hücumundan müdafiə sistemi vasitəsilə aşkar edilərək məhv edilib.
PUA-nın hansı ölkəyə məxsus olduğu və modeli barədə məlumat verilməyib.



