Hadisə

Aparıcı Ada Süleyman faciəvi şəkildə öldü

ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanın vəfatı ilə bağlı xəbər yayılıb.

AZERFAX.AZ oxu.az-a istinadən xəbər verir ki, aparıcı doğum gününü yaxınları ilə qeyd etdikdən sonra evə qayıdarkən Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi keçirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, “VOYAH” markalı minik avtomobili ilə yük avtomobili toqquşub.

Qəza nəticəsində sürücü Anar Alik oğlu Kərimov və sərnişin Ada Ceyhun qızı Süleymanova həyatlarını itiriblər.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə onların meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button