Şəmkirdə qadın abort zamanı ölüb

Şəmkirdə 35 yaşlı qadın hamiləliyin süni şəkildə sonlandırılması zamanı vəfat edib.
AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Şəmkir rayon sakini, 1991-ci il təvəllüdlü Y. Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın hamiləliyin süni şəkildə sonlandırılması zamanı qəfil halı pisləşib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.
Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.



