Hadisə
Göygöldə 18 yaşlı piyada xəstəxanalıq oldu.

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 2007-ci il təvəllüdlü Həqiqət Hacıyevanı vurub.
Müxtəlif bədən xəsarətləri alan 18 yaşlı qız Gəncə şəhərindəki xəstəxanalardan birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu