Hadisə

Qazaxda ağır qəza – 4 nəfər həyatını itirdi.

Qazax rayonunda ağır yol nəqliyyat hadisəsi ölümlə nəticələnib. AZERFAX.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində baş verib. Hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsün idarəetməni itirməsi səbəbindən maşın yoldan çıxaraq divara çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button