Siyasət

​ADAU-EGE beynəlxalq ikili diplom proqramının tələbələri İzmirdə Zəfər Gününü qeyd ediblər

ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində Türkiyənin Ege Universitetində təhsil alan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə İzmirdə yerləşən EGE Universitetində təntənəli bayram tədbiri təşkil olunub.

Ege Universitetinin Kənd təsərrüfatı fakültəsində baş tutan tədbirdə fakültənin dekan müavini, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət Himni səsləndirilib.

Dekan müavini Gülsüm Öztürk tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətdən və Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qəhrəmanlıqlarından bəhs edərək, Zəfər Gününün Azərbaycan tarixi üçün əhəmiyyətini diqqətə çatdırıb.

Sonra tələbələr vətənpərvərlik mövzusunda çıxışlar edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir zamanı ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və vətənpərvərlik ruhunda hazırlanmış videoçarx nümayiş etdirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button