Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır

AZERFAX.AZ xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “X” hesabında yazıb.
O, qeyd edib ki, Moskva artıq 54 gündür ABŞ-ın tam atəşkəs təklifini görməzdən gəlir.
Zelenski bildirib ki, Kiyev üçün atəşkəs istənilən anda mümkündür, lakin diplomatiyaya real şans vermək üçün bu atəşkəs ən azı 30 gün davam etməlidir:
“Putin tanklarını paradda nümayiş etdirmək istəyə bilər, amma o, müharibəni necə bitirmək barədə düşünməlidir. Üç əsas şey vacibdir: Rusiyaya qarşı sərt sanksiyalar, Ukraynaya dəstəyin davamı və Avropada müdafiə əməkdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsi. Rusiya başa düşməlidir ki, avropalılar özlərini müdafiə edə bilərlər.”, – o bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.