Siyasət

CHP-dən olan millət vəkilləri parlamentdə etiraz etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının millət vəkilləri İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun nəzarətə alınmasına etiraz olaraq parlament kürsüsünə qalxıblar.

AZERFAX.AZ xəbər verir ki, CHP-dən olan millət vəkillərinin bu addımından sonra spiker parlamentin iclasını sabaha qədər təxirə salıb.
Qeyd edək ki, aralarında Əkrəm İmamoğlunun da olduğu 100 şübhəlinin “cinayət təşkilatının lideri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tender saxtakarlığı” ittihamları ilə saxlanıldığı bildirilib. İstintaqda İmamoğlunun cinayət təşkilatının rəhbəri olduğu vurğulanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button