Siyasət

Ermənistanın silahları susmur – Sərhəddə nə baş verir?

Ermənistan ordusu demək olar ki, hər gün sərhəddə atəşkəsi pozur. Azərbaycan isə öz növbəsində bu təxribatlara adekvat cavab verir. Qarşı tərəfin məqsədli şəkildə atışmaları davam etdirməsi bölgədə gərginliyi artırır. Erməni qüvvələrinin niyyəti yenidən müharibəyə başlamaqdır?

AZERFAX.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev AZERFAX.AZ-a açıqlamasında bildirib ki, Ermənistan tərəfinin kiçik miqyaslı və ya lokal əməliyyatlar həyata keçirmək üçün məhdud imkanları mövcuddur, lakin qarşı tərəf hələ də müharibəyə hazırlıq dövründədir:

“Yəni bu məqsədlə zəruri olan silahlar alınır. Silah təchizatı isə əsasən Fransa və Hindistandan həyata keçirilir. Ermənistan tərəfi öz ərazisinə digər ölkələrin, xüsusilə Qərb ölkələrinin silahlı kontingentini cəlb etmək məqsədilə mövcud vəziyyəti gərginləşdirməkdə maraqlıdır. Müharibənin başlanması ehtimalı elə də böyük deyil, çünki Ermənistanın müharibə aparmaq potensialı yoxdur. Lakin müəyyən gərginlik yaranarsa, Ermənistan sərt şəkildə cəzalandırıla bilər”.

Ə.Verdiyev qeyd edib ki, son iki həftə ərzində Ermənistan tərəfi hər gün bir neçə istiqamətdən atəşkəsi pozub və bu atəş nəticəsində Azərbaycan əsgərlərinin yaralanması ehtimalı var:

“Buna görə də Ermənistanı bu addımlardan çəkindirmək məqsədilə Azərbaycan ya preventiv, ya da cavab addımları atmaq hüququna malikdir. Bu, tez-gec baş verə bilər. Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdən çəkinməlidir. Əks halda Azərbaycan Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edəcək qədər qüvvə və imkanlara malikdir”.

AZERFAX.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button