Gəncədə döş qəfəsində bıçaq xəsarətləri alan kişinin ölüm səbəbi bilindi.

Gəncədə mübahisə zəminində bıçaq xəsarətləri alan 31 yaşlı Eyyub Talıbovun ölüm səbəbi ilə bağlı rəsmi aşıqlama verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasınnın Akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasın cərrahı Bəxtiyar Əliyevin AZERFAX.az-ın yerli bürosuna verdiyi məlumata görə Talıbov xəstəxanaya gətirilərkən çox qan itirib:
“Talıbov Eyyub Əli oğlu xəstəxanaya döş qəfəsinin sağ tərəfinin daxilə keçmiş, kəsilmiş-deşilmiş yarası, şok dərəcəyə çatmaqla kəskin qan itirmə diaqnozu ilə daxil olub. Təxirəsalınmaz şəkildə əməliyyata götürdük. Əməliyyat zamanı vəziyyəti ağır olduğu və qan itirdiyi üçün əməliyyat masasında dünyasını dətişdi”, – B.Əliyev deyib.
Məlumat üçün bildirək ki, keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Alim Quliyev saxlanılıb.
AZERFAX.az Qərb Bürosu