“Whatsapp”da bunu edənlər cərimələnə bilər

Bəs başqasının “Whatsapp” mesajlarını oxuyanlara qarşı hansı cəza tədbirləri görülür?AZERFAX.az xəbər verir ki, mövzu ilə bağlı AZERFAX.AZ-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, şəxsin hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə uyğun şəkildə qorunur.
“Belə ki, 32-ci maddəyə görə hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatı sirrini saxlamaq hüququ vardır və eyni zamanda, bu hüquqlara müdaxilədən qorunmaq hüququ vardır.
Bu hüququn təsiri altına şəxsin şəxsi həyatı, ailə həyatı, yazışmalarının toxunulmazlığı, poçt, telefon danışıqları, teleqraf və digər müvafiq məlumatlar daxildir. Dövlət, bu hüquqların qorunmasını qanunla təmin edir. Həmçinin, bu hüquq Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş Avropa İnsan Haqları haqqında Konvensiyanın 8-ci maddəsində də təsbit olunmuşdur”.
Ramil Süleymanov qeyd edib ki, şəxsi həyatın və yazışmaların toxunulmazlığının pozulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir. “Xüsusilə, 100, 155, 156 və 150-ci maddələrə əsasən belə hallar cinayət sayılır və sanksiya tətbiq olunur. Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və digər məlumatların sirrini pozan şəxs 1000 manatdan 2000 manata qədər cərimə və ya bir ilə qədər müddətə azadlıqdan məhrum edilə bilər.
Əgər şəxsin şəxsi həyatının toxunulmazlığı pozulursa, bu barədə həmin şəxs hüquq mühafizə orqanlarına, konkret desək, prokurorluğa və ya birbaşa məhkəməyə müraciət edərək öz etirazını bildirə bilər. Belə hallarda qanunsuzluq edən şəxs həm də 1000 manatdan 2000 manata qədər cərimə və ya bir ilə qədər müddətə islah işlərinə məhkum edilə bilər”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.