Ölkə
Siyəzəndə iki azyaşlı su kanalına düşüb


Siyəzəndə iki azyaşlı Taxtakörpü – Ceyranbatan su kanalına düşüb.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, Zeynallı Ömər Vüsal oğlu və Allahverdiyev Hüseyn Ceyhun oğlu kanalın kənarında oynayan zaman suya düşüblər.
Ö.Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib, H.Allahverdiyevin isə axtarışları davam etdirilir.
Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.



