Siyasət
Polşada prezident seçkisinin ilkin nəticələri açıqlandı

Polşada prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı ilk exit-poll nəticələri açıqlanıb.
AZERFAX.AZ xəbər verir ki, “İpsos” mərkəzinin açıqladığı məlumata görə Varşava meri Rafal Tşaskovski 50,1 faiz, Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski isə 49,9% səs toplayıb.
29 milyon polyak seçkinin ikinci turunda səs vermək hüququna malikdir.
Yeni prezident Andjey Dudanın səlahiyyət müddəti başa çatdıqdan sonra avqustun 6-da vəzifəyə başlayacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.