Siyasət

“Sabah” – “Araz-Naxçıvan” oyununda qalib müəyyənləşmədi


XXV turda üz-üzə gələn “Sabah” və “Araz-Naxçıvan” kollektivlərinin duelində qalib müəyyənləşməyib.


AZERFAX.AZ-ın məlumatına görə, “Bank Respublika Arena”da keçirilən görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb. Meydan sahiblərinin heyətində Xəyal Əliyev (7) və Sofian Çakla (64) adını tabloya yazdırıb. Qonaq komandadan isə Bernardo Diasla (12) Ülvi İsgəndərov (72) dəqiq zərbə müəllifi olublar.

“Araz-Naxçıvan” turnir cədvəlində 46 xalla dördüncü, “Sabah” isə 34 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Şamaxı” “Səbail”i, “Qarabağ” “Sumqayıt”ı, “Zirə” isə “Turan Tovuz”u 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” matçı ilə yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button