Siyasət

Volodimir Zelenski: “Ukrayna qeyd-şərtsiz atəşkəsə razıdır”

“Ukrayna müharibənin tezliklə bitməsini istəyir və qeyd-şərtsiz atəşkəsə razı olub. Lakin Rusiya hələ də təkliflə razılaşmayıb”.

AZERFAX.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov əyalətinin ərazi icmalarının rəhbərləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, hazırda əsas məsələ Rusiyaya təsir göstərməkdir:

“Düşünürəm ki, bunu yaxın həftələrdə, bəlkə də aylarda etmək mümkündür. Bəzən isə bu, bir anda baş verir, xüsusilə müharibənin bu hissəsinin sonuna yaxın. Biz hesab edirik ki, müharibənin qaynar fazası atəşin tam dayandırılmasıdır,” – deyə prezident bildirib.

Onun fikrincə, atəşkəs düzgün addımdır və Ukrayna artıq buna razılıq verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button