Siyasət

Zelenski Trampdan üzr istədi

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampa məktub göndərərək üzr istəyib.

AZERFAX.az xəbər verir ki, bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff açıqlama verib. ABŞ-nin “Fox News” kanalına danışan Trampın xüsusi nümayəndəsi Witkoff Səudiyyə Ərəbistanında təşkil ediləcək ABŞ-Ukrayna danışıqları öncəsi prezidentlər arasındakı gərginliklə bağlı danışıb. O, “Zelenski prezidentə məktub göndərib və Oval kabinetdə baş verən hadisəyə görə üzr istəyib. Düşünürəm ki, bu, mühüm addımdır. Komandalarımızla ukraynalılar və avropalılar arasında bu məsələ ilə bağlı çoxlu söhbətlər olub”, – deyə bildirib.
Qeyd edək ki, Donald Tramp Vladimir Zelenskinin ona nadir torpaq mineralları sazişi imzalamağa hazır olduğu barədə məktub göndərdiyini bildirmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button