Region

Masallıda küllü miqdarda narkotik vasitə aşkar olundu.

Masallıda 13 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

AZERFAX.az xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı İlqar Şahbazov saxlanılıb. Ondan 13 kiloqram heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button