Region
Ağstafada maşın aşıb, 5 nəfər xəsarət alıb.

Ağstafada xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə qəza Ağstafa rayonunun Poylu kəndi ərazisində baş verib. Hərəkətdə olan “Ford” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəricəsində maşın yol kənarına aşıb. Hadisə zamanı 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğalova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlarıa ilikn tibbi yardım göstərilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.



