Region
Daşkəsən rayonunda maşın aşıb

Daşkəsən rayonunda “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində iki nəfər xəsarət alıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə zamanı 2004-cü il təvəllüdlü Vüqar Hüseynov və avtomobildə olan daha bir nəfər 17 yaşlı Kamil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu