Region

Gəncə Tİbb Kollecində “17 iyun–Tibb işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilib.

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibətilə” tədbir keçirilib. AZERFAX.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilidkdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Açılış sözü ilə şıxış edən kollecin direktoru, Əməkdar Həkim Mehman Rzayev kollektivi tibb işçilərinin peşə bayramı münasibəti təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Rzayev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, yenilənir. Vətəndaşlarımız dövlət başçısının diqqət və qayğısı ilə günü-gündən inkişaf edən tibbi xidmətlərdən yüksək səviyyədə yararlanırlar.
Sonra çıxış edən Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının üzvü Lətif Bədəlov vurğuladı ki, son illər Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və kadr islahatları bu sahəni yeni səviyyəyə çıxarmağa imkan yaradıb.
Tədbirin sonunda əmək fəaliyyəti dövründə fərqlənən və kollecin əməkdaşlarına, o cümlədən də tələbələrə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button