Gəncə Tibb Kollecində “Qan donorluğu” tədbiri keçirildi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talasemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı və Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “ Qan donorluğu” adlı tədbir təşkil olunub.
Kollecin İctimaiyyətlə əlaqələr şıbəsindən AZERFAX.az-a verilən məlumata görə tədbirdə Səhiyyə Nazirliyi Respublika Qan Bankı PHŞ-nin Gəncə Bölməsinin müdiri Vüsalə Əhmədova çıxış edərək qan donorluğunun əhəmiyyəti və ehtiyacı olan xəstələr üçün vacibliyindən danışıb, tələbələri bu nəcib aksiyada fəal olmağa çağırıb.
“Düşünürük ki, bu sahədə tədbirlər gəncləri qan donoru olmaq mövzusunda cəsarətləndirəcək, bu addım ölkəmizdə qan və qan komponentləri ehtiyatlarının kifayət qədər olmasına bir töhfə verəcəkdir” deyə Vüsalə Əhmədova əlavə edib.





