Region
Gəncədə 23 yaşlı gənc zəhərləndi.

Gəncə dərmandan zəhərlənmə faktı qeydə alınıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə 2002-ci il təvəllüdlü H. Məmmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hələlik 23 yaşlı gəncin dərmandan hansı şəraitdə zəhərləndiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu