Dünya

Göyərtəsində 5 nəfər olan təyyarə itdi

Boliviya hakimiyyəti hərbçilərə göyərtəsində 5 nəfərin olduğu ölkənin şimalında itən kiçik təyyarəni axtarmağı tapşırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ölkə prezidenti Luis Arse telegram kanalında yazıb.
“Göyərtəsində biri uşaq olmaqla 5 nəfərin olduğu “Cessna 172CP” təyyarəsinin itkin düşməsi ilə əlaqədar Fəlakətlərə Qarşı Birgə Hücum Komandanlığı və Silahlı Qüvvələrin axtarış-xilasetmə qrupları vasitəsilə dərhal axtarış aparılması barədə əmr vermişik. Təyyarə Beni departamentinin Baures şəhəri ilə Trinidad şəhəri arasında uçarkən itib”, – o deyib.

Boliviya Mülki Aviasiya İdarəsinin məlumatına görə, itən təyyarənin pilotu aprelin 30-da qəza siqnalı verib və o vaxtdan bəri əlaqə saxlamayıb. Həmin vaxt təyyarə Beninin paytaxtı Trinidaddan 109 km şimal-şərqdə olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button