Region
Gəncədə maşın 63 yaşlı kişini xəstəxanalıq etdi.

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az -ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü F. Qarayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Gəncədə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
AZERFAX Qərb Bürosu