Region
Goranboyda güclü külək fəsad törətdi.

Goranboyda güclü külək fəsadlar törədib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Goran qəsəbəsində baş verib. Güclü külək nəticəsində işıq dirəyəri 1988-ci il təvəllüdlü Famil Nəcəfova məxsus “BMW” markalı avtomobilin üzərinə aşıb. Avtomobildə heç kim olmadığından xoşbəxtlikdən xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.
AZERFAX Qərb Bürosu