Region

Göygöldə “Əməkdar müəllim” dünyasını dəyişdi.

Göygöldə rayon 1 nömrəli tam orta məktəbin müəllimi, 1963-cü il təvəllüdlü Dilarə Qazıyeva bu gün vəfat edib.

AZERFAX.az xəbər verir ki,  səhhətində problem yaranan pedaqoq yaxınları tərəfindən Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, qadın sirkə turşusundan zəhərlənib və vəfat edib.

Məlumat üçün bildirək ki, D. Qazıyeva azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Fəaliyyəti dövründə “İlin müəllimi” və “Əməkdar müəllim” adlarını qazanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button