Region
Göygöldə iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı.

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıblar. Onlar Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.